Lənkəranda “Heydər Əliyev İli” ilə bağlı növbəti ağacəkmə aksiyası keçirilib
29 dekabr 2023 | 12:42
2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Lənkəran rayonunda ilboyu çoxsaylı tədbirlər keçirilib. Belə tədbirlərdən biri də 28 dekabr 2023-cü ildə Lənkəranın Zövlə kəndində keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Zövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında ümumilikdə 500 ağac əkilib. Kənd camaatının da yaxından iştirakı ilə keçirilən aksiyada ərazi kol-kosdan təmizlənib və inzibati ərazi dairəsində ümumi təmizlik işləri aparılıb.