Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində kitab sərgisi keçirilib

08 may 2023 | 09:25

    5-7 may tarixlərində Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı kitab sərgisi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Secret kitab evinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin tərəfdaşlığı ilə açıq havada baş tutan sərgi 3 gün davam edib. Heydər Əliyev Xatirə parkında keçirilən sərgidə 30-a yaxın nəşriyyatın çap etdiyi kitablar 90%-dək endirimlə kitabsevərlərə təqdim olunub. Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif müsabiqələrin, kitab təqdimatlarının və tanınmış yazarların imza günləri də keçirilib.

    Regionlarda bu səpkili mədəni tədbirlərin keçirilməsi bütövlükdə uşaq və gənclərin elmə, təhsilə və kitaba olan marağının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi baxımından önəm daşıyır, habelə onların sosiallaşmasına müsbət təsir göstərir.

 

Keçidlər