Lənkəranda "Heydər Əliyev İli" çərçivəsində dəyirmi masa keçirilib
Oktyabrın 27-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbir keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə baş tutan “Tarix yazan əbədiyaşar lider” mövzusundakı dəyirmi masada icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Ağsaqqallar şurasının sədr müavini Güloğlan Bağırov, Lənkəran Dövlər Dram teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı və Lənkəran Dövlət Dram teatrının aktyoru Xalq artisti Qabil Quliyev çıxış ediblər.
Natiqlər bildiriblər ki, dünya azərbaycanlıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır.
Vurğulanıb ki, ölkəmizin xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib. Şübhə yoxdur ki, bu Zəfər yolunun əsasında Ulu Öndər Heydər Əliyevin həmişəyaşar ideyaları dayanır.