Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

16 dekabr 2025 | 17:26

  Dekabrın 16-da Lənkəranda Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının iyirmi illiyi və FNH işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. FHN-nin Cənub Regional Mərkəzində keçirilən tədbirdə nazirliyin yerli qurumlarının kollektivi və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) nümayəndələri iştirak ediblər.
  Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, abidə önünə tər güllər düzüblər.

  FHN-nin Cənub Regional Mərkəzin rəisi, polkovnik Müsəddiq Əsədov çıxışında FNH işçilərini peşə bayramı münasibətilə təbrik edib, qurumun yaranma tarixindən və ötən müddət ərzində əldə olunan naliyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

 Lənkəran ŞİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə nazirlik əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıb.

  Sonda fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusilə fərqlənmiş FHN-nin rayonda fəaliyyət göstərən bir qrup əməkdaşına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər