Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda faşizm üzərində Qələbənin 78-ci ildönümü qeyd olunub

09 may 2023 | 12:26

   Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 78-ci ildönümü qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının rəhbərləri iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında əfsanəvi qəhrəmanın abidəsi önünə gül dəstələri düzüblər. Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyini ziyarət edən tədbir iştirakçılarına eksponatlar, qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto sənədlər barədə geniş məlumat verilib. Sonda Taleh Qaraşov xatirə kitabına iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı barədə ürək sözlərini yazıb.

Keçidlər