Lənkəranda ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib
22 noyabr 2022 | 16:05
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun ədliyyə idarəsinin işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər, hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Göyşaban kəndi ərazisində, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həyətində ağacəkmə aksiyası keçirilib.