Lənkəranda drenajların təmizlənməsi davam etdirilir
12 sentyabr 2024 | 17:26
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) payız-qış mövsümünün gəlişi ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayon ərazisində abaqlıq və təmizlik işlərini davam etdirir. Küçə və yollarda ağacların budanması, suaxar kanalların, habelə magistral yol boyu drenajların təmizlənməsi işləri qrafikə uyğun olaraq davam etdirilir.