Lənkəranda bələdiyyə seçkiləri yüksək əhval-ruhiyyədə və seçici fəallığı ilə keçir
Bu gün- yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilir. Respublikanın bütün ərazilərində olduğu kimi, Lənkəran rayonunda da seçkilərə saat 08.00-da start verilib. 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər və 78 saylı Lənkəran kənd seçki dairələri üzrə 132 seçki məntəqəsində səhər saatlarından başlayaraq seçicilərin aktivliyi müşahidə olunur.
Yerli sakinlər tərəfindən bələdiyyə seçkiləri böyük maraqla qarşılanıb, seçici fəallığı əvvəlkilərlə müqayisədə daha çox gənclərin xüsusi aktivliyi ilə seçilir.
Demokratik, şəffaf və azad şəkildə keçirilən seçkilərdə Lənkəranda 132 seçki məntəqəsi üzrə 139253 seçici qeydiyyata alınıb. 76 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 92, 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 63, 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə 123, ümumilikdə 278 nəfər bələdiyyə üzvlüyünə 511 nəfər namizədliyini irəli sürüb.