Lənkəranda “Anım Günü”ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Sentyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılıgı ilə Lənkəran şəhəri Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
“Anım Günü” ilə əlaqədar keçirilən tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Heydər Əliyev prospekti boyu 250 ədəd sərv cinsli ağac əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib,taxta dirəklərlə möhkəmləndirilib.
Allah şəhidlərimizə rəhmət eləsin!