Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda “Anım Günü” ilə bağlı “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya nümayiş olunub

26 sentyabr 2026 | 15:44
     Sentyabrın 25-də Lənkəran Dövlət Dram Teatrında 27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağın azadlığı uğrunda aparılan mübarizədən və xalqımızın qəhrəmanlıq salnaməsindən bəhs edən “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya nümayiş olunub.
     Tamaşa-kompozisiyada Azərbaycan xalqının Birinci və İkinci Qarabağ müharibələrində göstərdiyi şücaət, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin göstərdiyi fədakarlıq geniş şəkildə əks olunub.
Tamaşa zamanı səhnələşdirilmiş kompozisiyalar, bədii qiraətlər və musiqi nömrələri vasitəsilə torpaqlarımızın azadlığı uğrunda mübarizənin ağrılı və şərəfli səhifələri tamaşaçılara çatdırılıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xüsusi vurğulanıb.
     Tədbirin əsas məqsədi gənc nəslə Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq və şəhidlərimizin əziz xatirəsinə ehtiram hissinin aşılanması, xalqımızın keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılması olub.
      “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya tamaşaçılarda böyük qürur və duyğusal təəssürat yaradıb.
Keçidlər