Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda ağacəkmə aksiyası davam etdirilir

26 noyabr 2025 | 12:16

Cəmiyyətin ekoloji məsuliyyətini artırmaq, yaşıllıqları genişləndirmək və iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə vermək üçün Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) mütəmadi təşviqat tədbirlərini davam etdirir.

Noyabrın 26-da Lənkəran ŞİH-nin təşkilatçılığı, Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Ərazilərin davamlı şəkildə qorunmasını təmin etmək, insanlarda təbiətə qayğı vərdişi yaratmaq, yaşıllıqları bərpa etmək məqsədi daşıyan aksiya zamanı şəhərin bir sıra ərazilərində  uzunömürlülüyü, ekoloji baxımdan qiymətli və gözəl dekorativ görünüşlülüyü ilə nadir növlərdən olan “dəmir ağacı” əkilib, ağaclar suvarılıb və dayaqlarla bərkidilib.

Qeyd edək ki, ağacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər