Lənkəranda abadlıq-yenidənqurma işləri davam etdirilir
Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Lənkəran rayonunda geniş bərpa-yenidənqurma işlərinə başlanılıb. Qeyd edək ki, “Əfqanıstan Veteranları Parkı” ərazisində bərpa-yenidənqurma işlərinə strat verilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov aprelin 6-da Paşa Təhməzov və Şirəli Axundov küçələri, Xocalı Parkı və Əsgər Əliyev adına “Dostluq Parkı”nda aparılacaq bərpa-yenidənqurma işlərinə hazırlıq vəziyyəti ilə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib.
Şəhərdə aparılacaq yenidənqurma işləri yekunlaşdıqdan sonra küçələr yenilənəcək, yollar təmir olunacaq, park və istirahət məkanları yeni dizaynda sakinlərin zövqünü oxşayacaq.
Görülən işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir, rayonumuza göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.





