Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda 6640 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq

28 avqust 2026 | 09:32

  Avqustun 28-də budama və təmir işlərilə əlaqədar Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Liman" yarımstansiyasından çıxan "4 saylı" hava xəttində, “Səpnəkəran” yarımstansiyasından çıxan "Yuxarı Nüvədi" hava xəttində və "Lənkəran 1" yarımstansiyasından çıxan "Pravda" hava xəttində saat 10:00-dan 13:00-dək, "Çay fabriki 3" hava xəttində isə
saat 14:00-dan 16:00-dək budama və təmir işləri aparılacaq.
   Aparılan işlərlə əlaqədar ümumilikdə 6640 abonentin elektrik enerjisinin verilişində fasilə və məhdudiyyət yaranacaq.
  Sakinlərimizdən qeyd olunan saatlarda elektrik enerjisinin verilişində yaranacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Keçidlər