Lənkəranda “5 Mart Bədən Tərbiyəsi və İdman Günü” qeyd edilib
06 mart 2024 | 11:05
Martın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “İdman Həftəsi” çərçivəsində Lənkəran şəhərində idman ictimaiyyətinin iştirakı ilə parad keçirilib. Paradda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından 1000-ə yaxın idmançı və gənc iştirak edib.
Lənkəran şəhəri Şirəli Axundov küçəsindən start götürən parad Heydər Əliyev Parkında idmançıların nümunəvi çıxışları ilə davam etdirilib. Qeyd edək ki, parad ölkənin idman paytaxtı olan Quba şəhərinə canlı yayımlanıb.