Lənkəranda 4900 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq
27 avqust 2026 | 12:23
Avqustun 27-də budama və texniki işlərilə əlaqədar Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, “Sinovli” yarımstansiyasından çıxan "Köhnə Separadi" hava xəttində və
"Səpnəkəran" yarımstansiyasından çıxan "2 saylı" hava xəttində
saat 10:00-dan 13:00-dək, “Qurumba” yarımstansiyasından çıxan çıxan "Babək" hava xəttində saat 10:00-dan 12:00-dək budama və texniki işlər aparılacaq. Aparılan işlərlə əlaqədar ümumilikdə 4900 abonentin elektrik enerjisinin verilişində fasilə və məhdudiyyət yaranacaq.
Sakinlərimizdən qeyd olunan saatlarda elektrik enerjisinin verilişində yaranacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.





