Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd olunub

31 mart 2026 | 12:01

     Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da qeyd olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-muhafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyublar, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad ediblər. Bildirilib ki, Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş 31 mart hadisələri barədə tarixi həqiqətlərin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının borcudur.

    Qeyd edək ki, 1918- ci ilin 30 mart - 3 aprel tarixlərində Bakıda,  Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovulub, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Keçidlər