Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 230 qutu ipəkqurdu kümçülərə paylanılıb

29 aprel 2023 | 12:43

     Aprelin 28-də Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2023- cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumları paylanılıb. Son illər dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət Lənkəran rayonunda da bu sektorun inkişafına müsbət təsirini göstərib.

     Lənkəranda barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tamamlanıb, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, eyni zamanda, kümçülər müvafiq təlimlərə cəlb olunublar. Rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində 54 kümçüyə ümumilikdə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanılması təmin edilib.  

     Qeyd edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensiyalının artırılmasına və regionlarda məşğulluğun təmin edilməsinə xidmət edir.  

Keçidlər