Lənkəranda 2026-cı il barama mövsümü üçün kümçülərə 200 qutu ipəkqurdu toxumu paylanılıb
Mayın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2026-cı il barama mövsümü üçün kümçülərə ipəkqurdu sənaye toxumları paylanılıb. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu tədbir kənd təsərrüfatının mühüm sahələrindən biri olan kümçülüyün genişlənməsinə şərait yaradır. İpəkçilik ənənələrinin yaşadılması və kənd əhalisinin məşğulluğunun artırılması baxımından baramaçılığın inkişafı mühüm əhəmiyyət daşıyır. Cari mövsümdə də baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülər müəyyənləşdirilib, tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına barama istehsalının artımına nail olunması üçün bütün hazırlıq işləri tamamlanıb, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri aparılıb, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə məhsul istehsalçıları maarifləndirici təlimlərə cəlb olunublar.
Qeyd edək ki, 1 şəhər, 7 qəsəbə və 33 kənddə 42 kümçüyə ümumilikdə 200 qutu ipəkqurdu sənaye toxumu paylanılıb.





