Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 2000 abonentin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq

03 sentyabr 2024 | 09:20

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 03 sentyabr 2024-cü il saat 10:00 da Lənkəran rayonunun Digah kəndində diametri 315 mm-lik əsas daşıyıcı qaz xəttindən təbii qazla təchiz olunan diametri 108 mm-lik metal qaz xəttinin su kanalından keçən 34 metr hissəsinin dayaqlar üzərində qaldırılaraq küçənin kənarı ilə yenidən qurulması həyata keçiriləcəkdir. Bununla bağlı Lənkəran şəhəri A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri, həmçinin Digah və Şiləvar kəndləri daxil olmaqla ümumilikdə 2000 abonentin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq. Gün ərzində təmir işləri yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.
Sakinlərimizin nəzərə alması xahiş olunur.

Keçidlər