Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 20 Yanvar faciəsinin 34-cü il dönümü qeyd olunub

20 yanvar 2024 | 12:15

     Yanvarın 20-də səhər saatlarında Ümümxalq Hüzn Günü ilə bağlı  Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə və şəhid məzarlarına tər güllər düzüblər. İcra başçısı  şəhid ailələri və müharibə əlilləri ilə görüşüb, söhbət edib və onların qayğıları ilə maraqlanıb.

     Qeyd edək ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon ərazisində mədəniyyət, təhsil, səhiyyə və digər qurumlarda silsilə tədbirlər, kitab və rəsm sərgiləri keçirilib, 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları səhnələşdirilərək tamaşalar nümayiş olunub, şəhidlərimiz bir daha ehtiramla yad edilib. Gün ərzində ictimaiyyət tərəfindən Şəhidlər Abidə Kompleksi ziyarət olunub. 

     Həmin gün saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

Keçidlər