Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

18 sentyabr 2026 | 15:56

  Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisində əsaslı təmir və asfaltlanması nəzərdə tutulan 15 küçədə işlər artıq yekunlaşıb.

   Yenidənqurma tədbirləri çərçivəsində Arif Bağırov, M.Maqomayev, Nizami, Emil Qurbanov, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Barat Şükürov, Natiq Manafov, M.M.Axund küçələri, Ş.Xiyabanı döngə 4, Kamil Kazımov döngə 1, eləcə də Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1 və Hənifə Abdullayev dalan 1 ünvanlarında ümumilikdə 17 410,5 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənərək sakinlərin istifadəsinə verilib.

   Qeyd edək ki, Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması, yollara yeni asfalt örtüyünün döşənməsi istiqamətində şəhər İcra hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib və Tədbirlər Planına uyğun olaraq bütün küçələr büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında təmir olunacaqdır.

   Yerli sakinlər yol infrastrukturunun müasir səviyyədə yenilənməsini və aparılan bərpa-quruculuq işlərini böyük məmnuniyyətlə qarşılayır, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər