Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 11 küçəyə 26150 kv. metr isti asfalt örtüyü döşənəcək

23 oktyabr 2024 | 15:28

     Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq cari ildə də bu istiqamətdə ardıcıl addımlar atılır. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhər yollarının asfaltlanması daim diqqətdə saxlanılır, təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri ilin sonunadək davam etdiriləcək. 

     Qeyd edək ki, il sonunadək 11 küçədə- şəhid Elşad Zeynallı,  Orxan Quluzadə,   Emil Qurbanov,  Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 2, Mirmustafaxan, Əli Məmmədov küçələrində əsaslı təmir işləri aparılacaq və 26150 kv.metr isti asfalt örtüyü döşənəcək.  Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb və hava şəraitinə uyğun olaraq işlərin yekunlaşması yaxın günlərdə tamamlanacaqdır.

     Bir daha qeyd edirik ki, yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran ŞİH-nin diqqətindədir, təmirə ehtiyacı olan bütün şəhərdaxili yolların əsaslı təmiri büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında aparılır.

 

Keçidlər