Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Parlaq gələcəyimizi təmin edən igidlərimiz” adlı tədbir keçirilib

01 iyun 2023 | 18:18

     1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Lənkəranın Yuxarı Nüvədi kəndində şəhid baş leytenant Vüsal Kazımovun xatirəsinə inşa edilən parkda “Parlaq gələcəyimizi təmin edən igidlərimiz” adlı tədbir keçirilib. Dövlət Himninin səslənməsindən sonra Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılması istiqamətində  dövlət bütün lazımi addımları atır. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

     Bayram tədbirində  məktəblilərin ifasında şəhidlərimizə həsr olunan vətənpərvər ruhda şerlər və musiqilər səsləndirilib. Bayram ab-havasında keçən tədbirdə uşaqlar rəqs edib şənləniblər.

Keçidlər