Lənkərana yağan qarın təmizlənməsi işləri davam etdirilir
25 fevral 2025 | 16:29
Lənkərana yağan qarın şəhər təsərrüfatına və nəqliyyatın infrastrukturuna mənfi təsirinin qarşısını almaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) müvafiq qurumları fəaliyyətini davam etdirir.
Rayon ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün ağır texnikalar vasitəsilə yollar qardan təmizlənib, nəqliyyatın hərəkətində heç bir maneə müşahidə olunmur.
Bununla yanaşı, aidiyyəti üzrə xidmət sahələri tərəfindən vətəndaşların təhlükəsiz hərəkəti üçün səkilərin, parkların, xiyabanların, məhəllərarası yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.