Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkərana yağan qarın törətdiyi fəsadlar aradan qaldırılır

18 yanvar 2024 | 17:46

      Lənkəran rayonuna yağan aramsız qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi şəkildə davam etdirilir. Qarın yağdığı ilk gündən etibarən Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yaradılan Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülmüş operativ tədbirlər nəticəsində rayon əhalisinin çörək və digər ən zəruri qida ilə təminatında heç bir problem yaşanmamış, kənd və qəsəbələr arasında avtomobil əlaqəsi açıq saxlanılmışdır. Növbəti günlərdə hava şəraitinə uyğun olaraq Lənkəran ŞİH tabeliyində fəaliyyət göstərən kommunal xidmət idarələrinin əməkdşlarının gərgin əməyi nəticəsində qarın törətdiyi fəsadların aradan qaldırılması daha intensivləşmiş, şəhər ərazisində avtomobil yolları tamamilə qardan təmizlənmiş, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi təmin olunmuşdur. Bununla belə, bir sıra ərazilərdə məhlədaxili ərazilərdə və fərdi yaşayış evlərində elektrik enerjisinin bərpası istiqamətində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən işlər tam gücü ilə davam etdirilir və gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.  

     Lənkəran ŞİH qarın yaratdığı fəsadların aradan qaldırılmasına dair görülən işləri anbaan ciddi nəzarət altında saxlamaqla mövcud çatışmamazlıqların tam aradan qaldırılması istiqamətində bütün mümkün imkanlarını səfərbər etmişdir. Xidmət idarələrinin və eləcə də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində şəhər ərazisində aşan ağacların doğranaraq ərazidən uzaqlaşdırılması gün ərzində davam etmişdir. Qeyd edək ki, Lənkəran ŞİH-də yaradılan Qərargah və aidiyyəti xidmət idarələri qarın yaratdığı fəsadların tam aradan qaldırılması yekunlaşanadək gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

 

 

 

Keçidlər