Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkərana yağan intensiv yağışın yaratdığı fəsadlar aradan qaldırılır

19 yanvar 2026 | 15:34

     Yanvarın 18-dən başlayaraq yağan və 19-da da davam edən intensiv yağışlar nəticəsində Lənkəran rayonunda bir sıra çaylarda sululuq səviyyəsinin artması nəticəsində, eləcə də suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.

     Hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib. Rayonun Vilvan, Separadi, Zövlə, Kərgəlan və Səpnəkəran kəndlərində intensiv yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

    Subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.

     Qeyd edək ki, hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirirlər. 

 

 

 

 

 

Keçidlər