Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH-nin əməkdaşı Elnur Rufullayev vəfat edib

15 oktyabr 2024 | 12:09
   Lənkəran Şəhər İcra Hakimiyyətinə (ŞİH) ağır itki üz verib. Şəhər İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 3-cü dərəcə dövlət qulluqçusu Elnur Maarif oğlu Rufullayev 14 oktyabr 2024-cü il tarixdə, 36 yaşında vəfat edib.
  Lənkəran ŞİH başçısı Taleh Qaraşov və icra hakimiyyətinin kollektivi əməkdaşımızın vaxtsız vəfatında kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
   Gülərüz, səmimi və mehriban insan Elnur Rufullayevin xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaqdır.
   
   Allah rəhmət eləsin!
Keçidlər