Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH-də növbəti aparat müşavirəsi keçirilib

25 iyun 2023 | 15:56

    İyunun 25-də Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib. İnzibati ərazi sahə və dairə üzrə nümayəndələrin, müavinlərin, bələdiyyə sədrlərinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. İcra başçısı bir neçə məsələ barədə müşavirə iştirakçıları ilə fikirlərini bölüşüb və müvafiq tapşırıqlarını verib. Taleh Qaraşov son bir ayda rayonumuzun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr barədə danışaraq qeyd edib ki, sözügedən müddətdə Lənkəran bir neçə kütləvi tədbirin keçirilməsinə ev sahibliyi edib. İcra başçısı bildirib ki, Avropa İtiifaqına üzv olan 12 dövlətin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçirilən “Avropa Şəhərciyi” rayonumuzla bağlı xarici qonaqlar arasında davamlı müsbət fikrin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xarici diplomatlar yüksək təşkilatçılıqdan, lənkəranlıların qonaqpərvərliyindən, rayonumuzdakı sürətli iqtisadi inkişafdan məmnunluqlarını ifadə ediblər. Taleh Qaraşov “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda təşkil edilən çoxsaylı konfrans, sərgi, iməcilik, ağacəkmə aksiyalarının və digər tədbirlərin təşkilatçılığından razılığını qeyd etməklə sözügedən tədbirlərin təsdiq olunmuş plana uyğun olaraq il sonunadək davam etdiriləcəyini söyləyib.

     Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan icra başçısı bildirib ki, onların gərgin əməyinin nəticəsində rayonumuzdakı sosial-iqtisadi inkişaf, mədəni kütləvi tədbirlərin keçirilməsi nəticəsində rayonumuzun iqtisadi, mədəni və turizm potensialının geniş təbliği təmin olunur.

     Qurban bayramının gəlişi ilə bağlı məsələyə toxunan natiq qurbanlıqların kəsimi üçün nəzərdə tutulan yerlərə baxışın keçirilməsini, hazırlıq səviyyəsinin yoxlanılmasını və prosesin son anadək tam nəzarətdə saxlanılmasını aidiyyəti şöbə rəhbərliyinə tapşırıb. Taleh Qaraşov bayramla bağlı Lənkərana turist axınını nəzərə alaraq xidmət idarələrinin rəhbərlərinə rayon ərazisinin abadlıq, səliqə-səhmanına olan nəzarəti daha da artırmaları, gücləndirilmiş qrafik üzrə növbəlilik iş rejimi nəzərə alınmaqla aidiyyəti işlərin əksiksiz görülməsi barədə göstərişlərini verib.

     Lənkəranda kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərə toxunan icra başçısı bildirib ki, rayon üzrə baramanın tədarükü nəzərdə tutulan plandan artıq həyata keçirilib. Taxıl biçininə başlandığını qeyd edən Taleh Qaraşov biçinin itkisiz aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını da verib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikililərə qarşı mübarizənin daha sərt  aparılmasının vacibliyinə toxunan icra başçısı qanunu pozanlara heç bir güzəştin olmayacağını deyib.

Keçidlər