Lənkəran ŞİH başçısı şəhid Orxan Quluzadə, Orxan Dadaşlı və Heydər Qənbərzadənin məzarını ziyarət edib
Noyabrın 8-də Vətən müharibəsi şəhidləri Quluzadə Orxan Elxan oğlunun, Dadaşlı Orxan Elxan oğlunun və Qənbərzadə Heydər Ağahüseyn oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar, və Cil kənd qəbiristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





