Lənkəran ŞİH başçısı şəhid Nicat Nəzərli, Mehman Şirvanov və Qalib Əkbərzadənin məzarlarını ziyarət edib
28 sentyabr 2026 | 09:41
Sentyabrın 27-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Nəzərli Nicat Mübariz oğlunun, Vətən müharibəsi şəhidləri Şirvanov Mehman Mirəziz oğlunun və Əkbərzadə Qalib Əbdüləhəd oğlunun anım günüdür.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin Narbağı, Ürgə və Kərgəlan kəndlərindəki məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





