Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran ŞİH başçısı şəhid Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun məzarını ziyarət edib

09 noyabr 2026 | 15:49
  Noyabrın 9-da Vətən müharibəsi şəhidləri Kərimzadə Mirxəyal Valeh oğlunun, Hüseynov Vüsal Yəhya oğlunun və Hümmətov Tural Rövşən oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin “Kiçik bazar”, Velədi və Oskücə kənd qəbiristanlığındakı qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.
  Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
  Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər