Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran ŞİH başçısı şəhid Mahsun Bağırzadə və Rasim Mirzəyevin məzarını ziyarət edib

04 noyabr 2026 | 13:00

    Noyabrın 4-də Vətən müharibəsi şəhidləri Bağırzadə Mahsun Zahir oğlunun və Mirzəyev Rasim Fətta oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Xanbulan və Gəgiran kəndlərindəki qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

    Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu  vurğulayıb.

     Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər