Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran ŞİH başçısı şəhid Hüseyn Bəşirzadənin məzarını ziyarət edib

23 oktyabr 2026 | 12:02

Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Qumbaşı kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.

Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər