Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib

26 oktyabr 2026 | 12:11

    Oktyabrın 26-da Vətən müharibəsi şəhidləri Məmmədli Elməddin Ələddin oğlunun və Əliyev Ramid Kamal oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivivə ictimaiyyət nümayəndələri şəhidlərin Göyşaban kənd və İstisu qəsəbə qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

    Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

     Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.                         

     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər