Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

 Lənkəran ŞİH başçısı antiterror əməliyyatları zamanı şəhid olan Mirmusa Hüseynzadə, Vüqar Heydərov, Aqil Əkbərov və Məhəmməd Hüseynovun məzarlarını ziyarət edib

20 sentyabr 2026 | 12:32
   Lənkəran ŞİH başçısı antiterror əməliyyatları zamanı şəhid olan Mirmusa Hüseynzadə, Vüqar Heydərov, Aqil Əkbərov və Məhəmməd Hüseynovun məzarlarını ziyarət edib
  Sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Hüseynzadə Mirmusa Vüqar oğlu, Heydərov Vüqar Rəfail oğlu, Əkbərov Aqil Fayəddin oğlu və Hüseynov Məhəmməd Şəfaət oğlunun anım günüdür.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin İstisu qəsəbəsi, Boladı, Xolmili və Viyən kəndlərindəki məzarlarını ziyarət ediblər. Məzarların önünə tər çiçəklər düzülüb və şəhidlərin ruhlarına dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Şəhidlərin ailə üzvləri isə onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər