Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərinin daha 5 küçəsinə asfalt örtüyü döşənib

02 oktyabr 2023 | 12:58

   Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhər yollarının asfaltlanması istiqamətində mütəmadi addımlar atılır. Tədbirlər Planına uyğun olaraq şəhərin təmirə ehtiyacı olan küçələri ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanır. Son bir neçə gündə şəhərin 7 küçəsində asfaltlanmaya həyata keçirilib. Bunlar Vaqif Hüseynov, Tofiq İsmayılov dalan 3, Şahin Məmmədov, Əliağa Vahid, Mirzə Fətəli Axundov, Kələntəlilər və Mirsalayev küçələridir. Bu siyahıya son iki gün ərzində daha 5 küçə əlavə olunub. Belə ki, Şəhidlər Xiyabanı döngə 3, şəhid Vüsal Quliyev, Nəsirli dalan 2, Vaqif Məmmədov və Tofiq İsmayılov döngə 2 küçələrində asfaltlanma aparılıb.

  Qeyd edək ki, ilkin mərhələdə ümumilikdə şəhərin 12 küçəsinin asfaltlanması həyata keçirilib, 26170 kv.m əraziyə isti asfalt döşənib. İl sonunadək davam edəcək asfaltlanma prosesində daha 9 küçənin asfaltlanması nəzərdə tutulur.

  Lənkəran şəhər sakinləri son bir neçə gündə yollara yeni asfalt örtüyünün döşənməsi və yol infrastrukturunun inkişafı ilə bağlı görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər