Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərində  I Qarabağ şəhidi Mais Abbasovun yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı olub

23 sentyabr 2022 | 10:28

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması və gələcək nəsillər arasında təbliğ olunması dövlətin aparıcı istiqamətlərindəndir. Torpaqlarımızın azadlığı uğrunda canını düşünmədən fəda edən qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik işinin başlıca xəttlərindəndir ki, icra başçısı Taleh Qaraşov sözügedən məsələyə həssaslığı və tələbkarlığı ilə bütün Lənkəran ictimaiyyətinin qəlbində özünə yer edib. I Qarabağ və ya Vətən müharibəsi şəhidlərinin hər birinin anım mərasimlərində, il dönümlərində, xatirə gecələrində və adlarının əbədiləşdirilməsinə həsr olunan tədbirlərdə şəxsən iştirakı özünə mənəvi borc bilən Taleh Qaraşov sentyabrın 22-də baş leytenant Abbasov Mais Qurbanəli oğlunun şəhadətə qovuşduğu gündə Lənkəran şəhərində vaxtılə yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı mərasimində iştirak edib. İcra başçısı şəhidin anası Zahirə Abbasova ilə birgə xatirə lövhəsinin üzərindəki örtüyü götürüb və önünə tər çiçəklər düzüb. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çııxış edib. İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda, Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın qisası alınıb. T.Qaraşov ölkəmizin azadlığı uğrunda şəhid olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhlarının şad olduğunu vurğulayıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib. “Onlara bütün məclislərdə ehtiramla ən yuxarı məqamlarda yer göstərilməlidir, özlərini yalnız hiss etməmələri üçün əlimizdən gələn hər şeyi etməliyik, çünki buna onların mənəvi haqqları var” deyən Taleh Qaraşov dövlət səviyyəsində də şəhid ailələrinə xüsusi və həssas yanaşmanın olduğunu ifadə edib. Onun sözlərinə görə,  dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən təbəqədən olan insanların qayğı və problemlərinin, habelə müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasına şəxsən nəzarət edirlər. Şəhid anası Zahirə Abbasova övlad itkisinin ağır olduğunu bildirib, bu hisslərlə yaşamağın çətinliyindən və mənəvi yükündən danışıb. Z.Abbasova deyib ki, şəhid valideyni daxilində övlad acısını yaşadığı kimi icra başçısı Taleh Qaraşov da hər zaman eyni hisslərlə onların dərdlərinə şərik olub: “Biz şəhid anaları, valideynləri öz övladlarımızın dərdini qəlbimizdə yaşayırıq. Taleh müəllim isə şəhidlərin dəfnlərində, yas mərasimlərində, anım günlərində, xatirə gecələrində hər bir şəhidin və onların ailələrinin ağrı və acını yaşayır. Şəhid anası kimi bilirəm ki, bu çox çətindir, ona görə də icra başçımıza minnətdaram”.

Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Lənkəran şəhər 1 nömrəli tam orta məktəbinin şağirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib.  

 

Keçidlər