Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
Oktyabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın iclası keçirilib. İclasda ŞİH başçısı, şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ŞİH başçısı yanında nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Şuranı giriş sözü ilə icra başçısı Taleh Qaraşov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. İcra başçısı gündəlikdə 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Lənkəran rayonunda dini qurumlarla işin təşkili vəziyyəti haqqında məsələlərin olduğunu diqqətə çatdırıb.
2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Lənkəran ŞİH başçısının müavini- Şəhər təsərrüfatı şöbəsinin müdiri Aqil Dadaşov və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Lənkəran rayonunda dini qurumlarla işin təşkili vəziyyəti barədə isə Lənkəran ŞİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sehran Alışov məruzə ilə çıxış ediblər.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və ümumilikdə hesabatlar qənaətbəxş hesab olunub.