Lənkəran şəhər, Digah və Şiləvar yaşayış məntəqəsində qazın verilişində fasilələr yaranacaq
11 mart 2025 | 09:25
Əhalinin nəzərinə!
Lənkəran şəhər, Digah və Şiləvar yaşayış məntəqəsində qazın verilişində fasilələr yaranacaq
Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 11 mart 2025-ci il saat 10:00-dan təmir işləri ilə bağlı “Lənkəran” QPS-dən qidalanan Digah, Şiləvar kəndləri və Lənkəran şəhəri üzrə təbii qaz təchizatında fasilələr yaranacaq, gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.
Sakinlərimizin nəzərə alması xahiş olunur.