Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran RMX-da İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub

03 fevral 2023 | 17:01

   Fevralın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışında iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə tər güllər düzüblər. Daha sonra Lənkəran RMX-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə yaradılmış yeni şöbələrə baxış keçirilib. Sözügedən şöbələrdə Türkiyə, İtaliya, Gürcüstanda fəaliyyət göstərmiş, eləcə də ixtisasartırma kurslarında iştirak etmiş uzman kardioloq və ürək-damar cərrahları 9 rayondan olan xəstələrə xidmət göstərəcəklər.

    Şöbələr yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub, cərrahi və reanimasiya otaqları müasir havalandırma və istilik sistemləri ilə təmin edilib. Şöbələrdə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator və EXO cihazları mövcuddur.

    Lənkəran RMX-da Kompüter Tomoqrafiya (KT) müayinələri, Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsi, eləcə də yeni qurulmuş labaratoriyanın açılışı da baş tutub.

Keçidlər