Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonundan olan yaralı əsgərimiz Gəncə şəhərində hospitalda ziyarət olundu

20 sentyabr 2022 | 16:00

  Vətənin müdafiəsi zamanı canından keçən, sağlamlığını itirən və bu uğurda döyüşən hər bir vətəndaşımızın qayğısına qalmaq, onlara xüsusi diqqət göstərmək mənəvi borcumuzdur. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun bu istiqamətdəki həssaslığını bütün Lənkəran ictimaiyyəti bilir və yüksək qiymətləndirir. Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlunu və Sadıxov Pənah Sulduz oğlunu sentyabrın 19-da Bakı şəhərindəki hərbi hospitalda ziyarət edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun göstərişinə əsasən, Gəncə şəhərindəki hərbi hospitalda müalicə alan Məmmədzadə Murad Rahim oğluna icra başçısının müavini Vüqar Məmmədov baş çəkib, onun səhhəti və qayğıları ilə maraqlanıb, tez sağalmasını arzu edib.

Keçidlər