Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran rayonuna 2 ədəd yeni “kommunal təyinatlı xüsusi texnika” verilib

12 mart 2026 | 14:47

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə “Gəncə Avtomobil Zavodu”nda istehsal edilmiş “kommunal təyinatlı xüsusi texnika” əvəzsiz olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) balansına verilib.

   Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsi tərəfindən təhvil alınan “MAZ-6312C5 (6x4)” markalı 2 yeni zibil yığan maşını şəhərimizin küçə və məhəllələrində təmizliyin daha operativ və keyfiyyətli şəkildə təmin olunmasına böyük töhfə verəcək, işçilərin əməyini yüngülləşdirəcək, ətraf mühitin qorunmasına xidmət edəcək.

    Qeyd edək ki, ötən il Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinə 20 kubmetr tutumlu və 2025-ci il istehsalı olan tullantıların avtomatik yığılması üçün hidravlik sistemlə təchiz olunan daha 1 kommunal təyinatlı xüsusi texnika verilib.

    İnanırıq ki, bu cür müasir texnikaların istifadəsi təmizlik xidmətinin fəaliyyətini daha da gücləndirəcək və sakinlərimiz üçün daha təmiz və sağlam mühit yaradacaq.

 

Keçidlər