Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonun Liman şəhərində abadlıq işləri davam etdirilir

27 oktyabr 2023 | 12:25
     Lənkəran rayonunun adadlıq və təmizlik məsələləri hər zaman şəhər İcra hakimiyyətinin diqqətindədir. Bu istiqamətdə rayonun sosial-iqtisadi tədbirlər planına uyğun olaraq davamlı addımlar atılır.
     Payız-qış mövsümünün gəlişi ilə bağlı bütün rayon ərazisində iməclik keçirilib. Hazırda Liman şəhəri ərazisində abadlıq-quruculuq işləri davam etdirilir. Liman şəhərində aparılan abadlıq nəticəsində ərazilər kol-kosdan təmizlənib, yol boyu divarlar rənglənib. Şəhər ərazisində cari ildə şəhid Teymur Gənciyev küçəsinə 1500 kv.m əraziyə yeni isti asfalt örtüyü döşənib, Şirinsu qəsəbəsinin bütün küçələri, habelə Limanda 2 küçə hamarlanıb. Bundan başqa şəhər ərazidindəki 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib. Hazırda şəhər ərazisində səkilərə tametlər düzülür, yolboyu bardurlər yenilənir. Liman şəhər sakinləri ərazidə aparılan abadlıq-təmizlik işlərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər.
Keçidlər