Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyevin 70 yaşı tamam olub

06 mart 2024 | 11:55
   Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əliyev Əlimərdan Ələkbər oğlunun 70 yaşı tamam olub. Bu münasibətlə yubilyar Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. ŞİH başçısı Ə.Əliyevi fəxri fərmanla təltif edib, ona qiymətli hədiyyə təqdim edib, can sağlığı və ictimai fəaliyyətində uğurlar arzulayıb.
   Qeyd edək ki, Ə.Əliyev uzun illər Lənkəran ŞİH-də müxtəlif vəzifələrdə çalışıb. Dövlət başçısı tərəfindən “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
Təbrik edirik!
Keçidlər