Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ictimaiyyəti Milli Qurtuluş Günündə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

15 iyun 2023 | 11:12

  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi günü dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. 15 İyun- Milli Qurtuluş Günü respublikanın bütün ərazilərində olduğu kimi Lənkəranda da qeyd olunub. Səhər saatlarından başlayaraq Ulu Öndərin Lənkəran şəhər Heydər Əliyev xatirə parkında ucaldılmış abidəsi Lənkəran Şəhər İcra Hakimmiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə geniş ictimaiyyət tərəfindən ziyarət olunub. Müstəqilliyimizin memarı, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevə olan hörmət və ehtiram ifadə edilib.

  Rayon rəhbərliyi daha sonra Heydər Əliyev muzeyinə baş çəkiblər, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar, Ulu Öndərin büstü önünə tər güllər düzüblər.

 Dahi şəxsiyyət, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi gün ərzində ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunub.

Keçidlər