Lənkəran ictimaiyyəti gün ərzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il ötür. Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə və müəssisələrin kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və geniş ictimaiyyətin nümayəndələri Lənkəran şəhər Heydər Əliyev xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətilə bağlı foti sərgiyə baxış keçirilib, Heydər Əliyev muzeyi ziyarət olunub və Ümummilli Liderin büstü önünə gül dəstələri düzülüb. Gün ərzində Ulu Öndərin abidəsinin ziyarəti davam etdirilib.