Lənkəran bəzi ərazilərində elektrik verilişində fasilələr yaranacaq
22 yanvar 2025 | 09:46
Əhalinin nəzərinə!
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, yanvarın 22-də saat 10:00-dan 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq “Xanbulan” yarımstansiyasından qidalanan Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Gün ərzində təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.