Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı növbəti səyyar qəbul-görüşünü Osakücə kənd inzibati ərazi dairəsində keçirib

17 noyabr 2022 | 11:07

Noyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu görüşdə vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradılıb. Lənkəran ŞİH-nin başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı hər zaman həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlanıb, istək və qayğılarını dinləyib, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib. Icra başçısı Vətən müharibəsindən sonrakı dövrü analiz edərək qeyd edib ki, ötən müddətdə ölkəmiz istər sosial-iqtisadi, istər siyasi, istər hərbi, istərsə də diplomatik baxımdan kifayət qədər geniş və əsaslı inkişaf yolu keçib. Onun sözlərinə görə, “Böyük Qayıdış”ın təmin olunması istiqamətində atılan addımlar, Qarabağda yenidənqurma, bərpa işlərinin sürətlə davam etdirilməsi, pensiya və maaşların artırılması, beynəlxalq müstəvidə regionumuzda cərəyan edən bütün siyasi və iqtisadi proseslərlə bağlı ölkəmizin mövqeyinin əsas götürülməsi bunun sübutudur. Taleh Qaraşov əsası Ümummilli Lider tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövlətinin son dövrlərdəki inkişafında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlətinin olduğunu vurğulayıb.

Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Kənd sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın hər bir fərdinin qayğılarına doğmalıqla yanaşdıqlarına görə onlara səmimi minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər