Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Hirkan qəsəbəsində əmək yarmarkası keçirilib

13 mart 2026 | 09:52

 Martın 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi və Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Green Plant” MMC-nin (Astaraçay) sifarişi əsasında növbəti əmək yarmarkası keçirilib. 

 Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən sözügedən yarmarkada işəgötürən tərəfindən 20 vakansiya elanı verilib.

 Lənkəran ŞİH başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçirilən əmək yarmarkasına 30-a yaxın işsiz və işaxtaran vətəndaş müraciət edib, namizədlərlə ilkin görüş keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət ediib.

Keçidlər