Hərbçi Musazadə Əsgər Nicat oğlunun dəfn mərasimi keçirilib
07 aprel 2025 | 12:59
Aprelin 7-də Lənkəran rayonunun Göyşaban kəndində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun vida mərasimi keçirilib. Vida mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hərbi qulluqçu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olub.
Allah rəhmət eləsin!